Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatında ilk medalını qazanıb. Təmsilçimiz “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva fəxri kürsüyə yüksəlib.
Gənc taekvondoçuların mübarizəsində 42 kiloqram çəkidə dayanq üzərinə çıxan təmsilçimiz səkkizdəbir finalda böyük britaniyalı Gina Beyni (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı məğlub edib. İdmançımız eyni hesabla Almaniyanın “TVBB Elit” klubunun üzvü Stefani Nikolayevaya da qalib gəlib. Yarımfinalda Vasiliki Papadopoulounu (“Açilleas Egaleo”, Yunanıstan) sınağa çəkən S.Quliyeva bu dəfə 2:0 hesablı qələbəyə sevinib.
Həlledici mərhələdə taekvondoçumuzun rəqibi Mixalina Vrobel (Polşa klubu) olub. Gərgin keçən qarşılaşma idmançımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, S.Quliyeva klublararası Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

