Paralimpiyaçılarımızdan böyük uğur

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Zəhra Dadaşova (55 kq) dünya kubokunda uğurla çıxış edib. 

İdmançımız Gürcüstanın Tbilisi şəhərində keçirilən yarışda gənclər arasında 75 kq nəticə göstərərək fərdi çəkidə qızıl, ümumi çəkidə isə gümüş medal qazanıb.

Komandamızın digər üzvü Pər­vin Məmmədov 49 kq çəki dərəcəsin­də fərdi kateqoriyada 148 kq nəticə göstərərək gümüş, ümumi kateqori­yada bürünc medal qazanıb. Daha bir idmançımız Ceyhun Məmmədov isə 54 kq çəki dərəcəsində fərdi kateqori­yada 152 kq nəticə göstərərək 1-ci yeri tutub. O, ümumi kateqoriyada 3 cəhdin cəmində 441 kq nəticə ilə daha bir qızıl medala sahib olub.

L.AZAD, “Xalq qəzeti”

 

İdman