Bakıda “Formula 2” yarışlarına start verilib

post-img

Bu gün səhər saatlarında “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib. “Xalq qəzeti” xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüş başa çatdıqdan sonra saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-də, 17:00-da isə “Formula 1”-də sıralanma turu başlayacaq.

“Formula 2” yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən “Formula 1” yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və “Formula 2” yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

Qeyd edək ki, yarışı qazilər və şəhid ailələrinin üzvləri də izləyəcəklər.

E.ABBASOV,

“Xalq qəzeti”

İdman