Formula 1 yarışlarının su təminatı yüksək səviyyədədir

post-img

Bakı şəhərində növbəti Formula-1 yarışlarının keçirildiyi ərazilərin, idman, turizm, ictimai-iaşə obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək istiqamətində işlər davam etdirilir.

Tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa bilə­cək problemlərin operativ qaydada həlli məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Eyni zamanda, işlərin operativ və koordina­siyalı aparılması məqsədilə işçi qrup yaradılıb.

Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi əra­zilərdə içməli və tullantı su infrastrukturlarının normal fəaliyyəti­ni təmin etmək və yarana biləcək qəza hallarının operativ ara­dan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Bu ərazilərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Marşrut boyu bütün siyirtmə qu­yuları və yanğın hidrantları təftiş olunub, mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək vəziyyətdə olması üçün tədbirlər görülüb.

Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 20 kilo­metr kanalizasiya xətti və 540 kanalizasiya baxış quyusu, eləcə də yağış barmaqlıqları təmizlənib, istismar tələblərinə cavab verməyən siyirtmə və xətlər dəyişdirilib.

Yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza halla­rının operativ aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqada­larının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

Eyni zamanda, qəzaların aradan qaldırılması üzrə nümunə­vi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 152 əməkdaşı iştirak edib. Təlimlərdə qəzaların operativ aradan qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlərlə bağlı məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər. 

“Xalq qəzeti”

İdman