Stolüstü tennisçilər Xorvatiyaya yollanıblar

post-img

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirindən gedir. 

Azərbaycan Stolüstü tennis Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, aprelin 26-dan 30-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışda 4 idmançımız bacarığını nümayiş tdirəcək. Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov Xorvatiyaya yola düşüb. İdmançılarımız Osiyek sınaqlarında həm şəxsi, həm komanda, həm də qoşa turnirdə mübarizə aparacaqlar.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman