10-cu görüş də sülhlə bitib

post-img

Dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Qazaxıstanın paytaxtı Astanada keçirilən çempionatda  qrossmeysterlərin 10-cu görüşü də heç-heçə ilə yekunlaşıb. "Chess.com" pirtalının məlumatına görə,  bu rusiyalı şahmatçı ilə çinli qrossmeyter arasında 7-ci görüşdəki qələbə seriyasından sonra keçirilən qarşılaşda  ardıcıl qeydə alına  3-cü heç-heçədir. 

Qeyd edək ki, 9- görüşdə tərəflər 82-ci gedişdə sülhə bağlamışdılarsa, 10-cu dueldə 45 gedişə heç-heçəyə razılaşıblar. Çinli qrossmeyster ağ fiqurlarla oynasa da, rəqibi üzərində aşkar üstünlük qura bilməyib. 3 saat davam edən görüşdə şahmatçılar qısa müddət ərzində ancaq fiqur dəyişdirməklə yadda qalan qrossmeysterlər sonda şahla tək qalınca partiya yekunlaşıb.

Beləliklə, 10 görüşdən sonra Nepomnyaşi 5,5 xal hesabı ilə  üstünlüyü davam etdirir. Lirenin isə aktivində 4,5 xalı var.  

Görüşdən sonra mediaya açıqlama veeən çinli şahmatçı Liren rusiyalı qrossmeyter Nepomnyaşini ağ fiqurlarla məğlub edəcəyinə ümidli olduğunu söyləyib. O, bu dəfə də şansı əldən verdiyini və qarşıda bunu reallaşdırmaq üçün daha 4 görüşün olduğunu deyib. 

Yan Nepomnyaşi isə hazırki vəziyyətin ona yaradığını və hər oyun qələbəyə qazanmağa məhkum olmadığını bildirib. Rusiyalı qrossmeyster 10-cu partiyada çox yaxşı müdafiə olunduğunu gizlətməyib.

Bu gün şahmatçılar istirahət edirlər. 

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman