Taleh Məmmədov və Eldəniz Əzizli gümüş medal qazanıblar

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Yunan-Roma güləşçilərimiz Taleh Məmmədov (63 kq) və Eldəniz Əzizli (55 kq) bu gün final görüşünə çıxıblar. Onlar hər ikisi çempionatın gümüş medalını qazanıblar.

Finalda Gürcüstan təmsilçisi Leri Abduladzeyə 5:1 hesabı ilə məğıub olan Taleh Məmmədov Avropa ikincisi olub.

Eldəniz Əzizli isə Türkiyə pəhləvanı Adem Buraz Uzuna məğlub olub-3:11.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman