Nepomnyaşi üstünlüyü davam etdirir

post-img

9-cu görüşdə 6 saatdan sonra sülh bağlanıb

Qazaxıstanın paytaxtı Astanada dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Turnirin 8-ci və doqquzuncu görüşləri heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, rus qrossmeyster Yan Nepomnyaşi ilə çinli Dinq Liren arasında 4, 5, 6 və 7-ci görüşlərdə  şahmatçılar hərəyə 2 dəfə qələbə qazandığından hesab arasında dəyişikliklər olurdu.

Əlavə edək ki, turnirin 8-ci görüşündə də “sülh” qeydə alınmaya bilərdi. Lakin  ağ fiqurlarla oynayan çinli iti zəka sahobi rusiyalı qrossmeysterin 40 gediş ərzində 5 dəfə kobud səhv etməsindən yararlana bilməyib. Hər dəfə Yanın səhvindən sonra Dinq üstünlüyü ələ alsa da, lakin yenidən o, özü həmin səhvləri təkrarlamaqla  qələbə imkanlarını əldən veririb.

Nəticədə 8-ci görüşdə 42-ci gedişdə Nepomnyaşinin vəzirləri dəyişmək təklifini qəbul edən Liren 3 gediş sonra heç-heçənin qaçılmaz olduğunu anlayaraq rusiyalı ilə “sülh”ə razılaşıb. 
8 partiya  Nepomnyaşinin üstünlüyünü ilə (4,5 xal) başa çatıb. Liren isə 8 görüşə 3,5 xal toplayıb.

Bu gün qrossmeysterlər 9-cu dəfə görüşüblər. Bu görüşədək 60 gedişdən artıq çəkməyən qarşılaşmalardan fərqli olaraq bu dəfə iti zəka sahibləri  lövhə arxasında daha çox vaxt keçiriblər.  Belə ki, doqquzuncu görqş 6 saat davam edib və ağ fiqurlarla oynayan turnirin favoriti rusiyalı qrossmeyster Nepomnyaşi rəqibi üzərində heç cür üstünlü qazana bilməyib.

Hətta 17-ci gedişdə çinli qrossmeysterin səhvindən sonra  Nepomnyaşi qələbə qazanmaq üçün müəyyən qədər şans qazanıb. Lakin 29-cu gedişə qədər Liren yenidən vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb. Nəhayət, 82-ci gedişdə şahmatçılar sülh baölayıblar. Bununla da 9 oyundan sonra Nepomnyaşi seriyada üstünlüyünü davam etdirib – 5:4.

Bu gün şahmatçılar istirahət edəcəklər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman