Almaniya Rusiya diplomatlarını kütləvi şəkildə ölkədən çıxarır

post-img

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Berlin rus diplomatların kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib.

Rəsmi Moskva rus diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına cavabı verəcəyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Almaniya bu “öhdəliyi” mediaya çatdırmaqla rusiyalı diplomatların kütləvi surətdə çıxarılmasını reklam etmək istəməməsi ilə bağlı verdiyi zəmanəti pozub.

TASS xəbər verir ki, Berlin "Rusiya-Almaniya münasibətlərinin bütün silsiləsini məhv etmək siyasəti yürüdür".

Almaniya səfiri Rusiyanın diplomatların ölkədən çıxarılmasına reaksiyası barədə məlumatlandırılıb.

Dünya