Gürcüstan Prezidenti ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

post-img

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti bu barədə özünün sosial media hesabında paylaşım edib.

S.Zurabişvili yazıb: “İslam dünyasının ən böyük bayramlarından biri olan Ramazan münasibətilə hər bir müsəlman həmvətənimi təbrik edirəm”. O qeyd edib ki, bu gün mömin müsəlmanların barışıq, birlik və mərhəmət bayramıdır. Bu dəyərlər Gürcüstanın çoxşaxəli cəmiyyəti üçün ümumidir və ölkəmizin qürurverici çoxəsrlik tolerantlıq və qarşılıqlı hörmət ənənəsinin əsasını təşkil edir.

“Sizə sülh, cansağlığı, xeyirxahlıq və firavanlıq arzulayıram, ailələriniz sevincdən məhrum olmasın!”, - deyə Gürcüstan prezidenti vurğulayıb.

Son xəbərlər