Şəhriyar və Günay Avropa Oyunlarında iştirak edəcək

post-img

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən qəzetimizə bildirilib. Qeyd edilir ki, AŞF artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.

AŞF-nin məlumatına görə, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının (FİDE) martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. 
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr “pley-off” mərhələsinə vəsiqə qazanacaq.

İdman