Futbol üzrə Misli Premyer Liqasında XXIX tur start götürüb. Turun ilk matçında “Qəbələ” klubu doğma meydanda “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qəbələ”nin qollarını Roman Maçado və Ruan Renato, “Zirə”nin qolunu isə Eldar Quliyev vurub. Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 38 xal toplayan “Zirə” isə beşinci sırada qərarlaşıb.
Dünən isə XXIX turun daha iki matçı baş tutub. “ASCO Arena”da keçirilən günün ilk matçında “Səbail” “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra 65 xala malik “Sabah” turnir cədvəlində ikinci pillədədir. Xallarının sayını 21-ə çatdıran “Səbail” isə 9-cu yerdədir. Günün son oyununda isə “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. Bununla da 60 xal toplayan “Neftçi” üçüncü pilləyə yüksəlib. 24 xala malik “Sumqayıt” isə 8-ci sıradadır.
Qeyd edək ki, tura bu gün “Turan Tovuz”- “Şamaxı” və “Qarabağ” – “Kəpəz” görüşləri ilə yekun vurulacaq.
Elçin ABBASOV, “Xalq qəzeti”