Azərbaycan Basketbol Federasiyasının məluçatına görə, ABL-in 25 turunun ilk qarçıalaşması Gəncə Olimpiya İdman Kompleksində baş tutub.
Turun açılış oyununda "Gəncə" komandası doğma azarkeşlər önündə, paytaxtın "Sabah" basketbolçularını qəbul edib. Xalaxal prinsipi ilə keçən gərgin oyunun sonunda "Sabah" komandası, amerikalı oyunçusu Kalin Kreynin sona bir saniyə qalmış yerinə yetirdiyi dəqiq üçlüklə oyunu 87-84 hesablı qələbə ilə tamamlayıb. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 33 xal, 3 ribaund ), "Sabah BK" (Kalin Kreyn - 20 xal, 3 ribaund )
Qeyd edək ki, turun digər oyunları ( "Olimpik Şəki" - "Neftçi", "AAAF Xırdalan" - "NTD", "Sərhədçi" - "Zirvə Astara" ) 9, 10 və 11 aprel tarixlərində baş tutacaq
A.Elçin,
"Xalq qəzeti"