"Sərhədçi" və "Sabah"dan vacib qələbə

post-img

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun iki oyunu baş tutub. Turun açılış  oyununda  "Sərhədçi" komandası, region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib.

Azərbaycan Basketbol Federasiyasının məlumatına görə, "Sərhədçi" basketbolçuları bu oyunda 94-91 hesablı çətin qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular "Sərhədçi PİK" Maksvel Starvud (35 xal, 7 ribaund ), "Olimpik Şəki BK"-dan isə  Davante Kuper  (29 xal, 5 ribaund ) olublar.

Turun digər qarşılaşması isə  "Neftçi BK" və "Sabah BK" basketbolçuları arasında keçirilib. Bu görüşdə 80-68 hesablı qələbə qazanan tərəf "Sabah" basketbolçuları oldular. Ən məhsuldar basketbolçular "Neftçi BK"-dan Mohsen Moradxani  (23 xal, 16 ribaund ), "Sabah BK"-dan isə Kamran Məmmədov  ( 19 xal, 7 ribaund ) seçiliblər.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Zirvə Astara BK" - "NTD BK", "AAAF Xırdalan  - "Gəncə BK" oyunları ilə yekun vurulacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman