Polşada 7 medal

post-img

Bu günlərdə Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə onuncu Vavel bey­nəlxalq turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasının məlu­matına görə, yarışda ölkəmizi həm batut gimnastikası, həm də tamb­linq üzrə təmsil edən idmançılarımız uğurla çıxış edərək komandamızın aktivinə dörd qızıl, iki gümüş, bir bü­rünc medal yazdırıblar. 

Federasiyanın məlumatına görə, ölkəmizi təmsil edən 10 idmançımızın hər biri finalda mübarizə aparmaq im­kanı qazanıb. Yığma komandamızın üzvü Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Alek­sey Karataşov (15-16 yaş, tamblinq) və Bilal Qurbanov (böyüklər, tamblinq) bü­tün rəqiblərini üstələyərək qızıl medal sevincini yaşayıblar. 

Fərhad Mustafayev (11-12 yaş, ba­tut gimnastikası) və Tofiq Əliyev (bö­yüklər, tamblinq) yarışı gümüş medalla başa vurublar. Böyüklər arasında qüv­vəsini sınayan tamblinqçimiz Adil Hacı­zadə isə bürünc medala layiq görülüb. 

Hüseyn Əsədullayev (tamblinq, böyüklər) və Əli Niftəliyev (15-16 yaş, batut gimnastikası) medalın bir addım­lığında büdrəyərək çıxışını 4-cü pillədə yekunlaşdırıb. 

Batut gimnastikası üzrə təmsilçimiz İbrahim Mustafazadə isə 13-14 yaş ka­teqoriyasında təsnifat mərhələsini 1-ci pillədə başa vuraraq finala adlasa da, həlledici mərhələdə təəssüf ki, istədiyi nəticəni əldə edə bilməyib. İdmançımız 8-ci pillədə qərarlaşıb.

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman