Çirklənmə zəhərlənmədir

post-img

Bədənin müxtəlif mənbələrdən çirklənməsi nəticəsində insan müxtə­lif sinir sistemi və orqanların xəstəlik­lərinə tutulur. Orqanizm zəhərləndikdə nələr baş verir?

Ümumi yorğunluq: Ən çox oturaq həyat tərzi keçirənlər arasında yayılıb. Bu, xəstəliyin ilkin siqnalıdır. Baş ağrıları ilə müşahidə olunan ümumi yorğunluq və ağrılar o zaman baş verir ki, birinci mər­hələdə, oturaq həyat tərzi keçirən insan aktiv həyat tərzinə keçmir. 

Durğunluq: Bağırsaqlarda şiş, po­lip, daş, piylənmə yaranır və zəhərlənmə baş verir. Bu, ən geniş yayılmış orqanizm zəhərlənməsidir. Zəhərlənmə müşahidə edilən vaxt orqanizm təmizlənməsə kist, lipom fibroma, adenoma kimi xəstəliklər inkişaf edir. Bu zaman artıq cərrahi mü­daxiləyə ehtiyac olur və əməliyyatla orqa­nizm qismən zəhərlənmədən azad edilir.

Orqan deformasiyası: Forma və funksiyasını dəyişən ateroskleroz, rev­matizm, poliartrit nəticəsində də orqa­nizmdə zəhərlənmə müşahidə edilir. Adətən ürək, qan-damar xəstəlikləri ilə müşaiyət olunan bu zəhərlənmədə əsas səbəb qanda xolesterinin yaranmasıdır. Vaxtında qarşısı alınmazsa, bu zəhərlən­mə insanı ölümə sürükləyir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat