Premyer Liqada XXIII tura yekun vurulub

post-img

Lider səfərdə qələbə qazandı

Misli Premyer Liqasında bu gün XXVIII tura yekun vurulub. Günün ilk matçında heyəti tam yerli futbolçulardam təşkil onan  "Şamaxı" klubu lider "Qarabağ" ilə qarşılaşıb. 

Matç qonaqların minimal hesablı  qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 32-ci dəqiqədə Elvin Cəfərquliyev vurub.

"Sabah" geri dönüş etməyi bacardı

Turun son qarşılaşmasında "Sabah" doğma meydanda "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki,  ilk hissədə 1:2 hesabı ilə geri düşən meydan sahibləri oyunda geri dönüş etməyi bacarıblar.

Qeyd edək ki, "Sabah" doqquzuncu dəqiqədə İlkin Qırtımovun avtoqolu sayəsində hesabda irəli çıxıb. 86-cı dəqiqədə Coy Lens Mikel, əla vaxta artırılmış 5-ci dəqiqədə isə Aleksey Kaşuk qələbə topunu vurub. 

"Qəbələ"nin heyətində isə 21-ci dəqiqədə Ülvi İsgəndərov, 28-ci dəqiqədə isə Feras Abu Akal fərqləniblər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman