Misli Premyer Liqasının XXVIII turu çərçivəsində Gəncə Şəhər Stadionunda "Kəpəz" klubu "Səbail"i qəbul edib.
Gərgin keçən görüşün birinci hissəsində hər iki komanda qapısının toxunulmazlığını qoruyub saxlayıb-0:0.
İkinci hissədə bir qədər üstün oyun sərgiləyən meydan sahibləri hesabı açmağa müvaffəq olublar. Matçın 69-cu dəqiqəsində Abdullahi Şuaybi komandasını hesabda irəli çıxarıb-1:0.
Oyunun qalan vaxtında hesab dəyişməyib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Elçin ABBASOV,
"Xalq qəzeti"