Dörddəbir finalçılar məlumdur

post-img

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində gərgin mübarizə başa çatdıqdan sonra dörddəbir finalın püşkatma mərasimi keçirilib. “Eurosport”un məlumatına görə, mərasim UEFA-nın Nyondakı mənzil-qərar­gahında keçirilib.

Püşkatma nəticəsində dörddəbir final mərhələsində qarşılaşacaq ko­mandalar məlum olub. Püşkatmaya əsasən, Madridin “Real” klubu Lon­donun “Çelsi” komandası ilə üz-üzə gələcək. Milanın “İnter” klubu Lissa­bonun “Benfika” komandasını sına­ğa çəkəcək.

İngiltərənin “Mançester Siti” klubu isə Almaniya təmsilçisi “Bavariya” ilə qarşlaşacaq. Dörddəbir finalın daha bir görüşü İtaliya klubları arasında keçiriləcək. Belə ki, həmin matç “Mi­lan” və “Napoli” komandaları arasın­da oynanılacaq.

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11–12-də, cavab gö­rüşləri həmin ayın 18–19-da keçirilə­cək. Yarımfinal qarşılaşmaları mayın 9, 10-da və 16, 17-də oynanılacaq. Çempionlar Liqasının finalı isə iyu­nun 10-da İstanbuldakı Atatürk Olim­piya Stadionunda olacaq. 

Qeyd edək ki, son 17 ildə ilk dəfə­dir ki, İtaliyada 3 komanda dörddəbir finala yüksəlir.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman