Ağalıda cüdo bölməsi

post-img

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Cüdo Fe­derasiyasının dəstəyi ilə Zəngilan ra­yonunda Ağalı kənd orta məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi fəa­liyyətə başlayıb. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayon­larında Azərbaycan Respublikası Pre­zidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Cüdo Federasi­yası prezidentinin müşaviri Natiq Ba­ğırov və baş katib Rəşad Rəsullu cüdo bölməsində yaradılan şəraitlə tanış olublar. 

Cüdo bölməsinin fəaliyyət göstərdiyi məşq zalı Beynəlxalq Cüdo Federasi­yasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Kəndin cüdo məşq zalına cüdo unifor­maları – cüdoqilər paylanılıb. Həmçinin federasiyanın təcrübəli məşqçiləri tərə­findən Ağalı kənd sakini, cüdoçu İsmayıl Hüseynliyə məşqçilik təlimləri keçirilib.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman