Futbol üzrə Fransa çempionatının son turu Parisin PSJ klubunun argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, təcrübəli futbolçu Liqa 1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb.
Mess bununla da, cərimə zərbəsindən vurduğu qollarının sayını 61-ə çatdırıb. O, cərimə zərbəsindən daha bir qol vuracağı halda Maradonanın rekordunu qıracaq.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

