Laçında avtomobil aşıb, ölənlər var

post-img

Laçın rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qarakeçdi kəndində qeydə alınıb. Mahir Abdullayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə