Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub

post-img

Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aidiyyəti qurumların gördüyü tədbirlər nəticəsində yolun hər iki istiqamətdə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda yolda avtomobillərin gediş-gəlişi normal qaydada davam edir.

Xatırladaq ki, Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yük avtomobili aşıb.

Dağıstan Respublikasına aid olan "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Hadisə