Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Beyləqan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub və 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ