Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiya­sı səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azər­baycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seç­ki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmiş­dir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Mil­li Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Respublikaçı Alterna­tiv (REAL) Partiyasının səlahiyyətli nü­mayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr: 

Rəhim Əlihüseyn oğlu Babayev

Fizuli Məhəmməd oğlu Dehqani

Elnur Adigözəl oğlu Xələfov

Şamil Camil oğlu Qarəhmədov

Novruz Muxtar oğlu Əliyev

Ramil Bahadin oğlu Süleymanov.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Elçin Mehdi oğlu Qurbanov.

2. Bu qərar dərc edildiyi gündən qüv­vəyə minir. 

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər