Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

post-img

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfərin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hadisə