Bank kartından 500 manat oğurlayan saxlanılıb

post-img

Martın 6-da paytaxt sakini olan bir nəfərin bank kartından 500 manatın oğurlanması ilə bağlı polis orqanlarına müraciət daxil olmuşdu. Bununla bağlı Xəzər RPİ 2-ci Polis Şöbəsində cinayət işi açılaraq təhqiqata başlanmışdı. Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə, nəhayət, oğurluqda şübhəli bilinən Ü.Qəhramanov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

P.ƏMİRCANOV

XQ

Hadisə