26,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etməkdədir. Martın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı  DİN mətbuat xidməti yayıb.   

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 4 kiloqramdan artıq heroin, 18,4 kiloqrama yaxın marixuana və 4,1 kiloqrama yaxın metamfetamindən ibarət olub. 

Tədbirlər davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat