Stoltenberq Türkiyəni “vacib və çox dəyərli” müttəfiq adlandırıb

post-img

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə hökumətinin və ölkənin müdafiə sənayesinin yeni yüksək texnologiyalı qabaqcıl imkanlara investisiya qoymaq səylərini alqışlayıb.

Alyansın rəhbəri Anadolu agentliyinə eksklüziv müsahibəsində Türkiyəni NATO-nun “vacib və çox dəyərli” müttəfiqi adlandırıb.

Söhbət zamanı Stoltenberq NATO-ya üzvlüyünün 72-ci ildönümünü qeyd edən Türkiyənin blokun fəaliyyətinə verdiyi töhfələrdən, NATO-nun hazırkı və gələcək imkan və potensialında Türkiyə müdafiə sənayesinin yeri, eləcə də atılacaq addımlardan danışıb.

Blok rəhbəri Türkiyənin NATO-nun terrorla, ilk növbədə İŞİD terror təşkilatı ilə mübarizəsində mühüm rol oynadığını vurğulayıb. O, Ankaranın NATO-nun əsas müttəfiqi olaraq qaldığını vurğulayıb. Bununla belə, qeyd edib ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox qaçqın qəbul etməyib ki, bu da ölkənin alyansın ümumi səyləri üçün əhəmiyyətini nümayiş etdirir.

P.ƏMİRCANOV
XQ

Dünya