Gəncədə avtobus, Tovuzda vaqon yanıb

post-img

Yanvarın 29-u səhər saatlarına qədər ölkədə bir sıra yanğın hadisələri qeydə alınıb. Fövqəladə Hallah Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunda yanğın olub. 

Məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdənin Alaçadırlı kəndində isə üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac və 10 p.m elektrik kabeli yanıb. Yanğın söndürülüb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. 

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 18 m² olan dəmir vaqonun içində taxta üzlük və əşyalar yanıb. Yanğın söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub. 

P.ƏMİRCANOV
XQ

Hadisə