Bakıda pul, telefon, zinət əşyaları və ət oğurlanıb

post-img

Bakı şəhər sakini olan bir nəfərin bank kartından 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sulutəpə qəsəbəsində evlərin birindən 1000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb. 

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda bir kafedə və bir mağazada 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Z.Mustafayev və Hacıqabul rayon sakini B.Mikayılov saxlanılıblar. 

Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

XQ

Hadisə