Türkiyə təyyarəsi Bakıda məcburi eniş edib

post-img

İstanbul-Ho Şi Min marşrutu ilə uçan Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş üçün sorğu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:52-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Sərnişin yerə enəndən dərhal sonra təcili tibbi yardım briqadasına təhvil verilib və onu paytaxt klinikalarından birinə aparıblar.

"Xalq qəzeti"

Hadisə