Goranboyun kəndlərini sel basib

post-img

         Dünən, iyunun 18-də Goranboya yağan güclü leysan rayonun bir sıra kəndlərində fəsadlar törətmişdir. Yaranan sel xüsusilə Börü və Qarqucaq kəndlərinə ciddi ziyan vurmuşdur. Həyətyanı və əkin sahələri, kənddaxili yollar su altında qalmış, Qarqucaq kəndində körpü qəzalı vəziyyətə düşmüşdür.

         Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyasınin üzvləri dərhal həmin ərazilərə gəlmiş, vəziyyətlə yerində tanış olmuş, selin yaratdığı dağıntılarla bağlı monitorinqlər aparmışlar.

                Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Goranboy

         

 













Hadisə