“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.7-ci, 6.7.3-cü, 6.7.8-ci və 6.8-ci maddələrində, 6.11-ci maddəsinin birinci cümləsində, 6.12-ci maddəsində, 8.1-ci maddəsinin dördüncü cümləsində, 8.2-ci maddəsində, 9.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 10.1-ci maddəsinin ikinci cümləsində, 10.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11.2-ci maddəsində, 12-ci maddəsinin ikinci cümləsində, 13.1-ci maddəsində, 13.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 13.4-cü maddəsində, 13.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.1-ci maddəsində, 15.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2-ci maddəsinin dördüncü cümləsində, 15.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 15.8-ci və 16.2-ci maddələrinin birinci cümlələrində, 16.4-cü, 17.1-ci və 17.2-ci maddələrində, 18.1-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.3-cü maddəsinin ikinci cümləsində, 20.1-ci maddəsinin üçüncü və doqquzuncu cümlələrində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 21.1.9-cu və 23.1.11-ci maddələrində, 25.1-ci maddəsinin dördüncü cümləsində, 25.2-ci, 25.8-ci, 26.2-ci və 27-ci maddələrində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsinin birinci cümləsində, 28.2.2-ci, 28.7-ci, 28.10-cu (hər iki halda), 28.11-ci, 31.2.3-cü və 31.2.17-ci maddələrində, 32.1-ci maddəsinin ikinci, dördüncü və beşinci cümlələrində, 32.2-ci maddəsinin birinci cümləsində, 32.6-cı maddəsinin ikinci cümləsində, 33.3-cü və 34.4-cü maddələrinin birinci cümlələrində, 35.4-cü maddəsində, 36.2-ci maddəsinin ikinci cümləsində, 36.3-cü maddəsinin birinci abzasının birinci cümləsində, 36.5-ci maddəsində, 38.1-ci maddəsinin ikinci cümləsində, 38.2–38.4-cü və 38.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8.1-ci maddəsinin dördüncü cümləsində, 10.1-ci maddəsinin ikinci cümləsində, 13.4-cü maddəsində, 15.8-ci maddəsinin birinci cümləsində, 18.3-cü maddəsinin ikinci cümləsində, 25.2-ci, 25.8-ci, 26.2-ci, 28.10-cu (ikinci halda) və 36.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 5.1.7-ci, 6.7.3-cü, 6.7.8-ci və 6.8-ci maddələrində, 6.11-ci maddəsinin birinci cümləsində, 6.12-ci və 8.2-ci maddələrində, 9.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 10.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11.2-ci maddəsində, 12-ci maddəsinin ikinci cümləsində, 13.1-ci maddəsində, 13.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 13.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 14.1-ci maddəsində, 15.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2-ci maddəsinin dördüncü cümləsində, 15.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 16.2-ci maddəsinin birinci cümləsində, 16.4-cü, 17.1-ci və 17.2-ci maddələrində, 18.1-ci maddəsinin ikinci cümləsində, 18.2-ci maddəsinin birinci cümləsində, 20.1-ci maddəsinin üçüncü və doqquzuncu cümlələrində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 21.1.9-cu və 23.1.11-ci maddələrində, 25.1-ci maddəsinin dördüncü cümləsində, 27-ci maddəsində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsinin birinci cümləsində, 28.2.2-ci, 28.7-ci, 28.10-cu (birinci halda), 28.11-ci, 31.2.3-cü və 31.2.17-ci maddələrində, 32.1-ci maddəsinin ikinci, dördüncü və beşinci cümlələrində, 32.2-ci maddəsinin birinci cümləsində, 32.6-cı maddəsinin ikinci cümləsində, 33.3-cü və 34.4-cü maddələrinin birinci cümlələrində, 35.4-cü maddəsində, 36.2-ci maddəsinin ikinci cümləsində, 36.3-cü maddəsinin birinci abzasının birinci cümləsində, 38.1-ci maddəsinin ikinci cümləsində, 38.2–38.4-cü və 38.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. üç ay müddətində:
2.2.1.1. həmin Qanunun 8.1-ci maddəsinin dördüncü cümləsinə və 10.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını;
2.2.1.2. həmin Qanunun 25.2-ci, 25.8-ci və 26.2-ci maddələrinə uyğun olaraq, xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini, habelə standart haqq üzrə avansın məbləğini;
2.2.2. dörd ay müddətində:
2.2.2.1. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını;
2.2.2.2. həmin Qanunun 15.8-ci maddəsinin birinci cümləsinə və 18.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini;
2.2.2.3. həmin Qanunun 28.10-cu maddəsinə uyğun olaraq, xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını;
2.2.2.4. həmin Qanunun 36.5-ci maddəsinə uyğun olaraq, müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
3.1. aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. üç ay müddətində:
3.1.1.1. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydasını;
3.1.1.2. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibini və əsasnaməsini;
3.1.1.3. həmin Qanunun 11.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmuru şəhadətnaməsinin və xüsusi icra məmurunun xidməti vəsiqəsinin formalarını;
3.1.1.4. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydasını;
3.1.1.5. həmin Qanunun 15.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələrini;
3.1.1.6. həmin Qanunun 20.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, icra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsini;
3.1.1.7. həmin Qanunun 32.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının tərkibini və əsasnaməsini;
3.1.2. altı ay müddətində:
3.1.2.1. həmin Qanunun 12-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydalarını;
3.1.2.2. həmin Qanunun 15.2-ci maddəsinin dördüncü cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun ofisində iş qaydasını;
3.1.2.3. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, xüsusi icra məmurunun fəaliyyəti üzrə kargüzarlığın aparılması qaydalarını;
3.1.2.4. həmin Qanunun 20.1-ci maddəsinin doqquzuncu cümləsinə və 38.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, xüsusi icra məmurunun icraata qəbul edə biləcəyi işlərin, o cümlədən onun razılığı ilə icraatına yönəldilə biləcək həmin Qanunun qüvvəyə minməsindən əvvəl verilən icra sənədlərinin sayının yuxarı hədlərini;
3.1.2.5. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, xüsusi icra sisteminin Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tətbiq edilmə mərhələlərini;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 25 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 445 nömrəli Fərmanı) adında, preambulasında və 2.1-ci bəndində “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; 2025, № 4 (I kitab), maddə 341; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. aşağıdakı məzmunda 8.15-3-cü və 8.15-4-cü bəndlər əlavə edilsin:
“8.15-3. xüsusi icra məmuru şəhadətnaməsini verir;
8.15-4. Xüsusi İcra Məmurlarının Reyestrini aparır;”;
5.2. III hissə üzrə:
5.2.1. 9.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“9.22. məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin dövlət icra məmurları tərəfindən icrasının təmin olunmasını təşkil etmək;”;
5.2.2. 9.23-cü və 9.25-ci (birinci halda) bəndlərə “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin;
5.2.3. aşağıdakı məzmunda 9.33-2-ci və 9.33-3-cü bəndlər əlavə edilsin:
“9.33-2. xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət etmək;
9.33-3. Xüsusi İcra Məmurlarının Reyestrini aparmaq və onun daim yenilənməsini təmin etmək;”;
5.3. aşağıdakı məzmunda 10.5-2-ci bənd əlavə edilsin:
“10.5-2. xüsusi icra məmurlarına xüsusi icra məmuru şəhadətnaməsi vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək;”.
6. “Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 303 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 622 (Cild I) 2.4-cü bəndinə birinci halda “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.15-ci yarımbəndinə “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 56-cı hissəyə və 57.1-ci bəndə “icra məmurları” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;
8.2. 58-ci hissəyə “Məcəllənin” sözündən əvvəl “Bu Siyahının 58-3-cü hissəsi nəzərə alınmaqla,” sözləri, “əlaqədar” sözündən sonra “dövlət” sözü əlavə edilsin;
8.3. 58-1-ci hissəyə hər iki halda “icra” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin;
8.4. aşağıdakı məzmunda 58-3-cü hissə əlavə edilsin:
“58-3. Məcəllənin 528-ci maddəsində (xüsusi icra məmurlarının icraatında olan məhkəmə və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrası ilə bağlı) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol – xüsusi icra məmuru.”.
9. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 245 (Cild I) 16-cı hissəsinə “olaraq” sözündən sonra “dövlət” sözü əlavə edilsin.
10. Bu Fərmanın 1-ci, 4–9-cu hissələri və 3.1.2.5-ci abzası 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2025-ci il