Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 may tarixli 382 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci hissə ləğv edilsin.

2. 19-1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“19-1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə:

19-1.1. müstəqil şöbələrin müdirləri;

19-1.2. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri;

19-1.3. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2025-ci il

Fərmanlar