Aprelin 7-də Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək.
BSU-dan XQ-yə bildirilib ki, konfransın əsas məqsədi türkologiya elminin tarixi inkişaf mərhələlərinin və müasir istiqamətlərinin elmi müstəvidə müzakirə olunduğu, türk dilləri, türk xalqlarının ədəbiyyatı, tarixi, etnoqrafiyası və mədəni özünəməxsusluğu ilə bağlı aktual problemlərin araşdırıldığı beynəlxalq elmi platforma yaratmaqdır.
Tədbir türkologiyanın aktual məsələləri ətrafında elmi dialoqun qurulmasını, türk xalqları arasında akademik əməkdaşlığın gücləndirilməsini, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini və türk dillərinin müasir problemləri ilə inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsini hədəfləyir.
Konfrans haqqında ətaraflı məlumatı https://bsu-uni.edu.az/Elm/Seminar1 linki vasitəsilə əldə etmək olar.

