Şərqşünas alimlərin məqaləsi Macarıstanda “Web of Science” indeksli jurnalda nəşr olunub

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Asim Cənnətovun və aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Xəzər dənizinin hüquqi statusuna dair “Xəzər dənizi hövzəsi: hüquqi, geosiyasi və ekoloji məsələlər” adlı məqaləsi Macarıstanın “Web of Science” bazasında indeksləşdirilmiş “Modern Geografia” jurnalında çap olunub. 

XQ xəbər verir ki, məqalədə Xəzər dənizinin hüququ statusunun müəyyən olunması zamanı yaranmış çətinliklər, Rusiya və İran tərəflərinin bu prosesdə qərəzli mövqeyi, enerji resurslarının əhəmiyyəti, həmçinin Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması öz əksini tapıb.

Elm