Şərqşünas alim Harvard Universitetinin sertifikatını alıb

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “Liderlik və kommunikasiya” adlı xüsusi proqramı müvəffəqiyyətlə tamamlayaraq Harvard Universitetinin sertifikatını alıb.

“Liderlik və kommunikasiya” adlı xüsusi proqram lider olmaq üçün strategiyaları, effektiv kommunikasiya tərzini tədris edir. 

Proqram iki əsas hissədən ibarətdir. “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” hissəsi dəyişən dünyada qərar qəbuletmə prosesi haqda bilikləri və şəxsi strategiyaları necə inkişaf etdirməli suallarını cavablandırmaq və s. üçün bilik və səriştələri ehtiva edir. “Ritorika: inandırıcı yazı və ictimai natiqlik sənəti” adlı hissə fikirləri effektiv şəkildə ifadə etmək üçün kommunikasiya texnikalarına və strategiyalarına diqqət yetirir. Ritorik strukturu və üslubu araşdırmaq və təhlil etmək üçün iyirminci əsrin görkəmli siyasətçilərinin - Martin Lüter Kinq, Con Kennedi, Ronald Reyqan və başqalarının seçilmiş çıxışlarından istifadə edilir. Proqramda sosial mediada inandırıcı nitq və süni intellektin ritorika təcrübəsinə təsiri təhlil edilir.

XQ

Elm