Mərkəzi Elmi Kitabxanada "Açıq Mikrofon" günü keçirilib

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan "Açıq Mikrofon" günündə kitabxananın oxucuları iştirak edərək kitabxana rəhbərliyi ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. İştirakçılar kitabxana rəhbərliyinə suallar ünvanlayıb və onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat alıblar.

Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov oxucuların kitabxanadan daha səmərəli istifadə etməsi üçün yeni təşəbbüslərin həyata keçiriləcəyini vurğulayıb. Direktor xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, kitabxananın texniki bazasının inkişaf etdirilməsi və rəqəmsallaşdırılan nəşrlərin sayının sürətlə artırılması kimi mühüm addımlardan danışıb.

Sonda iştirakçılar "Açıq Mikrofon" təşəbbüsünü kitabxanaçı-oxucu əlaqələrinin gücləndirilməsi baxımından dəyərli bir imkan kimi qiymətləndiriblər.















Elm