Polşalı alimlər ATMU-da

post-img

Polşa Respublikasının Jan Kochanowski Universitetinin Coğrafiya İnstitutunun professoru Dr. Mariya Görska-Zabielska  və Lodz Universiteti, Coğrafiya elmləri fakültəsinin Geologiya və geomorfologiya kafedrasının professoru Lyuçina Vaçeka-Kotkovskaya Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və  qurumun mütəxəssisi Hikmət Quliyev Polşa alimlərlərinin  ATMU-ya ziyarətindən məmnun olduqlarını bildiriblər. Söhbət əsnasında adıçəkilən şöbə təmsilçiləri universitetin fəaliyyəti və strateji hədəfləri barədə danışıblar. Azərbaycan Turizm və Menecment Universiteti və Polşa Respublikasının  Jan Kochanowski Universitetinin Coğrafiya Institutu və Lodz Universiteti Coğrafiya elmləri fakültəsinin Geologiya və geomorfologiya kafedrası arasında gözlənilən  ikitərəfli əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

 Professor doktorlar Mariya Görska-Zabielska və Lyuçina Vaçeka-Kotkovskayanın  “Scandinavian erratic boulders in NW Poland - geological heritage, conservation and geotourism promotion”  (Şimali Qərbi Polşada Skandinaviya nizamsız daşları - geoloji irs, konservasiya və geoturizmin təbliği) və “Geology and geomorphology of central Poland” (Mərkəzi Polşanın geologiyası, geomorfologiyası)  mövzusunda təqdimat-çıxışları ATMU-nun professor- müəllim, tələbə heyəti   tərəfindən maraqla qarşılanıb.

 

 

XQ

Elm