AMEA-da yeni təyinatlar

post-img

Akademik Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə AMEA prezidentinin müşaviri təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin qeyd edib ki, akademik Adil Qəribov texnologiya, akademik Yaqub Mahmudov ictimai elmlər, akademik Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyin olunublar.

 

 

 







Son xəbərlər