Azərbaycançılıq mövzusunda yeni nəşr

post-img

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Milli Fikir və İnkişaf” İctimai Birliyinin “Azərbaycançılıq məfkurəsi” maarifləndirmə kampaniyasının təşkili layihəsi əsasında yeni kitabça nəşr edilib.

“Fuyuzat” mətbəəsində çap olunan kitabçada “Azərbaycançılıq ideologiyası ilə bağlı müxtəlif məzmunda araşdırma və məqalələr öz əksini tapmışdır. Tanınmış jurnalistlər, araşdırmaçılar, filosoflar, tədqiqatçılar tərəfindən yazılan məqalələrdə Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri, ideologiyanın cəmiyyətimiz üçün birləşdirici amilləri, 44 günlük müharibədə sözügedən məfkurənin danılmaz rolu, gələcək missiyası  barədə fikirlər yer almışdır. Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Rizvan Fikrətoğlu

XQ

 

 

Elm