Azərbaycanlı alimlərə medallar təqdim olunub

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlı alimlər Murad Ömərov və Səbinə İsgəndərovaya təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. 

Komitə sədri soydaşlarımızın diasporumuzun inkişafına və ölkəmizin xaricdə tanıdılmasına verdikləri töhfələri yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Murad Ömərov Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin Prorektorudur. 

Səbinə İsgəndərova Kanadanın Alberta vilayətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ALACS) təsisçisidir. 

Hər iki diaspor fəalı fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkür edib, bundan sonra Azərbaycan elimin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. 

 





Elm