Alimlər metabolik və immun xəstəliklər arasında əlaqə tapıblar

post-img

Vanderbilt Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, maddələr mübadiləsi və immunitetin irsi xəstəliklərinə eyni genlər səbəb ola bilər. Tədqiqatın nəticələri “Science Immunology” (SciIm) jurnalında dərc olunub.

Tədqiqatda anadangəlmə maddələr mübadiləsi (hüceyrələrin qidanı enerjiyə çevirmək üçün istifadə etdiyi proseslərin pozulması) və immun “səhvlər” (immunitet sisteminin fəaliyyətinə təsir edən pozğunluqlar) üçün məsul olan genlər təhlil edilib. Bu nadir və mürəkkəb xəstəliklər hələ tam araşdırılmayıb.

Anadangəlmə metabolik anomaliyalara misal olaraq karbohidrat mübadiləsinin pozulması və metabolik asidoz (bədəndə turşu-əsas balansının dəyişməsi) ola bilər. İmmunitet sisteminin ən çox yayılmış xəstəliklərindən bəzilərinə müxtəlif allergiya, romatoid artrit və qurdeşənəyi daxildir.

Alimlər müəyyən ediblər ki, maddələr mübadiləsinin anadangəlmə səhvləri olan xəstələrdə müalicənin effektivliyini azalda bilən immun qüsurları ola bilər. Eyni zamanda, metabolik pozğunluqlar immun patologiyaların simptomlarını ağırlaşdırması mümkündür.

Qeyd olunur ki, əvvəllər yalnız bir neçə gen hər iki xəstəlik növü üçün “üst-üstə düşürdü”. Bununla belə, yeni araşdırmalar, maddələr mübadiləsinin anadangəlmə xətaları ilə əlaqəli bir çox gen olduğunu, həmçinin T-hüceyrə funksiyasına təsir potensialına malik olduğunu təsdiqləyir.

T-hüceyrələri təhdidləri tanıyan və məhv edən immun sisteminin tərkib hissəsidir. Alimlərin fikrincə, metabolik problemlərə səbəb olan bəzi genetik mutasiyalar T hüceyrələrinin mutasiyasına səbəb olur. Bu, otoimmün olanlar da daxil olmaqla, arzuolunmaz reaksiyalara səbəb ola bilər.

S.ELAY

XQ

 

 

Elm