Lisey və gimnaziyalara qəbul olmuş şagirdlərin I mərhələ üzrə şəxsi işlərinin təqdim edilməsi prosesi başa çatır

post-img

Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə qəbul aparılıb. Avqustun 9-dan başlayaraq valideyn və ya qanuni nümayəndə tərəfindən şagirdlərin qəbul olunduğu təhsil müəssisələrinə sənədlər təqdim edilib.

Təhsil İnstitutundan  bildirilib ki, avqustun 16-sı saat 15:00-dək sənədləri lisey və ya gimnaziyalara təqdim edilməyən şagirdlərin qəbulu etibarsız sayılacaq və sorğuları silinəcək.

Lisey seçimlərinin ikinci mərhələsi avqustun 19-da başlanacaq.

Elm