Cocuq Mərcanlıda son 6 ayda 350 ədəd mina və PSH aşkarlanıb

post-img

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrup Cəbrayılda minatəmizləmə əməliyyatları ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını izləyiblər, o cümlədən aşkarlanan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlı kəndi ərazisində aparılan əməliyyatlar barədə danışılarkən bildirilib ki, təmizləmə qrupu tərəfindən 313528 kvadratmetr ərazi işarələnib və son 6 ayda 229205 kvadratmetr ərazi təmizlənib.

Ərazilərdən 20415 kvadratmetri əllə, 208790 kvadratmetri xüsusi təlim keçmiş itlərlə həyata keçirilib. 226100 kvadratmetr ərazidə isə mexaniki üsulla əməliyyat aparılıb. Təmizləmə işləri aparılan sahədə piyada əleyhinə 127 ədəd, tank əleyhinə 200 ədəd, 23 ədəd isə parlamamış hərbi sursat aşkar olunub.



Sosial həyat