Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən bildirilib ki, kəmər ilə gələn su Bakı rayonlarındakı anbarlara çatıb.
“Öncədən də elan etdiyimiz kimi, günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq”,- deyə məlumatda qeyd olunub.