Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: “Proqramların hazırlanması istiqamətində işlər görülür”.
Direktor qeyd edib ki, 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzi 12 emalatxana, 86 yerlik yataqxanadan ibarətdir.
Agentlik rəhbəri 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb.
Rizvan FİKRƏTOĞLU
XQ