Putinin ABŞ-nin Almaniyada raket yerləşdirməsinə “güzgü tədbiri”

post-img

 Əgər ABŞ Almaniyada silah yerləşdirərsə, Rusiya özünü zərbə silahlarının yerləşdirilməsinə moratoriumdan azad hesab edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən əsas Dəniz Paradında çıxışı zamanı deyib. Məlumatı “İnterfaks.ru” verib. 

“Əgər Birləşmiş Ştatlar belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən donanmamızın sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik”, – Putindən deyib.

Onun sözlərinə görə, Rusiya “ABŞ-nin və onun peyklərinin Avropada və dünyanın digər regionlarında hərəkətlərini nəzərə alaraq” belə sistemləri yerləşdirmək üçün “güzgü tədbirləri görəcək”.

Putin qeyd edib ki, “Rusiyanın mühüm dövlət və hərbi idarə obyektləri, bizim inzibati və sənaye mərkəzlərimiz və müdafiə infrastrukturu” Amerika raketlərinin əli çatacaq məsafədə olacaq: “Gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək belə raketlərin ərazimizdəki hədəflərə uçuş vaxtı təxminən on dəqiqə olacaq...”

Putin həmçinin bildirib ki, Rusiya donanmasını hipersəs sistemləri ilə təchiz etməyə davam edəcək: “Biz yerüstü və sualtı qüvvələrin, dəniz aviasiyasının təminatını artırmağa, gəmiləri yüksək texnologiyalı yeni nəsil avadanlıq və hipersəs raket sistemləri ilə təchiz etməyə davam edəcəyik”.

Putin qeyd edib ki, sahil infrastrukturu təkmilləşdiriləcək və gücləndiriləcək, yaxın və uzaq sərhədlərdə kəşfiyyat, müşahidə və hava hücumundan müdafiə sistemləri də inkişaf etdiriləcək.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya