Türkiyə-Azərbaycan Universitetində təhsil pulsuz olacaq

post-img

2024-2025-ci tədris ilində Azərbaycanda ilk dəfə qəbul keçiriləcək universitetlərdən biri də Türkiyə-Azərbaycan Universiteti olacaq.

Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək. Bu universitetdə də  təhsil ödənişsiz olacaq. 

Türkiyə-Azərbaycan Universitetində 3 ixtisasa qəbul həyata keçiriləcək. Bunlar kompüter mühəndisliyi, qida mühəndisliyi və sənaye mühəndisliyi üzrə ixtisaslar yer alacaq. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm